İrpen şəhərinin meri Aleksandr Markuşin bildirib ki, rus hərbçiləri onu təhdid edərək, şəhəri təslim etməyi təklif ediblər.
Bizim.Media xəbər verir ki, o, bu barədə Telegram-da yazıb.
Bildirilir ki, kimsə ona pul qazanmaq və sağlamlığını qorumaq qarşılığında İrpini təslim etmək təklifini yazıb. Cavab üçün 24 saat vaxt veriblər. Markuşin “-” işarəsi göndərərək imtina edib.
O, öz növbəsində, əks ictimai təkliflə çıxış edib: bir neçə min rusiyalı çağırışçı həyatını və sağlamlığını qorumaq üçün 24 saat ərzində İrpen ərazisini tərk etməlidir:
"Rusiyaya qayıdın, sizi evinizdə ananız, bacınız, qızınız, nənəniz, sevgiliniz gözləyir. Mən İrpin icmasının qadınlarını sizsiz də təbrik edəcəyəm”.
Bizim.Media
