Ukraynanın Təhlükəsizlik Xidməti və Milli Polisi Rusiya casusunu yaxalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi "Facebook" sosial şəbəkəsində məlumat yayıb.
"Kiyev sakini 2021-ci ilin dekabrında Karpat bölgəsinə köçüb. O, hərbi aerodrom yaxınlığında məskunlaşıb. Xain uçuş və eniş marşrutlarını öyrənib, təyyarənin qalxmasını foto və videolarla qeyd edib. Bu görüntüləri Rusiyaya göndərib", - məlumatda bildirilib.
Bizim.Media