Bəzi xarici media orqanlarında Ukrayna Prezidenti Volodimir Zelenskinin paytaxt Kiyevdən ayrıldığı haqda xəbərlər yayılıb.
Bizim.Media UNİNA-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bunu təkzib edib:
"V.Zelenski Kiyevi tərk etməyəcək. O, sözün yaxşı mənasında dəli adamdır. O, qorxmur. V.Zelenski ölkənin daxilində, ürəyində olmalıdır. Bizim prezidentimiz böyük ürəyi olan insandır. O, istənilən zərbəyə tab gətirməyə hazırdır. Heç bir xarici faktorun təsiri altında sınmayacaq".
Bizim.Media