Rusiya hər an Ukraynada keçirilən hərbi əməliyyatları dayandırmağa hazırdır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Reuters agentliyinə bildirib ki, Ukrayna tələbləri yerinə yetirərsə, Rusiya “hər an” hərbi əməliyyatları dayandırmağa hazırdır.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Ukrayna, xüsusən də konstitusiyaya uyğun olaraq neytral statusunu qeydə almalı, Krımı Rusiya Federasiyasının bir hissəsi kimi qəbul etməli, həmçinin DXR və LXR-in müstəqilliyini tanımalıdır.
Bizim.Media