Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynaya 36 ton tibbi yardım göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, yardım paketini daşıyan təyyarə Polşanın Varşava Hava Limanında eniş edib.
“Yardım paketinə cərrahi müalicəyə ehtiyacı olan 1000 xəstə üçün travma ləvazimatları və 150 000 insanın ehtiyaclarını ödəmək üçün digər tibbi ləvazimatlar daxildir” – deyə məlumatda qeyd edilib.
Bizim.Media
