Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini müzakirələr üçün Türkiyəyə dəvət edib.
Bizim.Media xəbər verir ki, o, Ukraynada gərginliyin azaldılmasına və atəşkəsə nail olmağa çalışdığını deyib:
“Türkiyə sülhün tərəfdarıdır. Putinlə telefon danışığında vəziyyəti normallaşdırmaq üçün onu Türkiyəyə dəvət etdim”, - Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyə lideri bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefonla danışıb.
Bir çox siyasi ekspertlər Ərdoğanın Rusiya və Ukrayna prezidentləri arasında birbaşa danışıqlara nail olmaq istədiyini deyirlər.
Bizim.Media