Kiyevdə komendant saatının müddəti uzadılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, paytaxtın meri Vitali Kliçko fevralın 26-sı saat 17.00-dan fevralın 28-i saat 08.00-dək insanların küçəyə çıxmasının qadağan olunduğunu açıqlayıb.
“Komendant saatı zamanı küçədə olan bütün mülki şəxslər düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri sayılacaq. Sizdən xahiş edirəm ki, vəziyyətə anlayışla yanaşasınız və küçələrə çıxmayasınız”, - deyə V.Kliçko vurğulayıb.
Bizim.Media