Çeçenistan lideri Ramzan Kadırov minlərlə silahlı təhlükəsizlik qüvvələrinin Ukraynaya göndərilmədən əvvəl Qroznıda meydana düzülməsi fonunda Ukrayna prezidenti Volodimir Zelenskidən Rusiya lideri Vladimir Putindən üzr istəməsini tələb edib.
Bizim.Media xəbər verir ki, Kadırov fürsətdən istifadə edərək Zelenskini keçmiş prezident olmazdan əvvəl ona məsləhət vermək istədiyini söyləyib.
“O, tez zamanda prezidentimiz, Ali Baş Komandan Vladimir Vladimiroviç Putinə zəng edib üzr istəsin” – deyə çeçen lider qeyd edib.
Kadırov həmçinin qeyd edib ki, Ukraynaya göndərilən çeçen döyüşçülər ən qaynar nöqtələri tutacaqlar:
“Əgər həqiqətən bizimlə görüşmək istəyirsənsə, onda biz səni məmnuniyyətlə orada bizimlə görüşə dəvət edirik”.
Bizim.Media