Ukrayna Daxili İşlər Nazirliyi işğal olunmuş yarımada (Krım) ilə sərhəddə itkilər barədə məlumat yayıb.
Bizim.Media “segodnya.ua” saytına istinadən xəbər verir ki, Krımla sərhəd olan ərazilər çoxsaylı raket sistemlərindən atəşə tutulub.
Xerson vilayətinin Preobrajenka ərazisində sərhədçilərin mövqeləri zərbəyə məruz qalıb.
Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, bir sərhədçi həlak olub. Digər zərərçəkənlər haqqında məlumatlar yenilənir.
Bizim.Media