Fevralın 22-də atışma nəticəsində ukraynalı hərbçilərdən biri həlak olub. Bir əsgər yaralanaraq tibb müəssisəsinə aparılıb. Beş hərbçi isə döyüş xəsarətləri alıb.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Birləşmiş Qüvvələr Əməliyyatının (BQƏ) qərargahı yayıb.
Mənbə qeyd edir ki, ötən sutka ərzində separatçılar 96 dəfə atəş açıb, onlardan 81-i ağır silahlardan həyata keçirilib.
Bizim.Media