Təbiət sirlərini öyrənmək istəyi insanları ağlasığmaz hərəkətlər etməyə vadar edir.
Bu dəfə insanların hədəfi nəhəng piton ilanı olub.
Belə ki, afrikalı kişi nəhəng piton ilanının yuvasına girib. Dostları ilan dişləməsin deyə onun qoluna tüklü dəri qoruyucu bağlayıblar. Sonra onu yuvaya buraxıblar. Həmin şəxs ilanı tutmağa çalışıb. Ciddi cəhdlərdən sonra buna nail olub.
Yuvaya girdiyi andan ilanı tutub çıxarana qədər onu kamera çəkib.
Qeyd edək ki, son günlər insanlar təbiəti öyrənmək üçün müxtəlif inanılmaz vasitələrə əl atırlar.
Belə ki, Discovery telekanalında təbiət haqqında maraqlı verilişlər hazırlayan “Diri-diri yeyilmiş” (Eaten Alive) verilişi bu dəfə canlı insanın nəhəng ilan tərəfindən necə udulduğunu ekranlaşdırıb.
Verilişin çəkilişində iştirak edən könüllü şəxsə xüsusi kostyum geyindirilib. Nəhəng anakonda insana həmlə edib.
Kanalda yayılan elanda bildirilir ki, veriliş son dərəcə maraqlı və həyəcanlı olacaq. Tamaşaçılar dünyada ilk dəfə insanın necə nəhəng ilan tərəfindən yeyildiyini canlı görə biləcəklər.
Veriliş dekabrın 7-də Discovery kanalında nümayiş olunacaq.
Moderator.az ANS PRESS -ə istinadən çəkilən maraqlı görüntüləri təqdim edir:








