Ötən sutka ərzində, fevralın 20-də separatçılar Donbasda atəşkəs rejimini 80 dəfə pozub. Atışma nəticəsində bir ukraynalı əsgər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin baş qərargahından məlumat verilib.
Atışma nəticəsində bir hərbçi orta ağırlıqda qəlpə yaraları alıb və xəstəxanadadır. Sağlamlıq vəziyyəti qənaətbəxşdir.
Fevralın 21-i səhər saatlarına olan məlumata görə, separatçılar “sükutu” 8 dəfə pozaraq silahlarla atəş açıblar.
Əməliyyatlar nəticəsində Birləşmiş Qüvvələrin hərbi qulluqçuları arasında itki yoxdur. Birləşmiş Qüvvələr vəziyyətə nəzarət edir və potensial düşmən təhdidlərinə adekvat cavab verir.
Fevralın 20-də gün ərzində bir separatçı həlak olub.
Bizim.Media