G7 ölkələrinin xarici işlər nazirləri Ukrayan ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bəyanatda Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında yerləşdirilməsindən narahatlıqlarını ifadə edilib.
“Ukraynanın şərqindəki münaqişənin davamlı siyasi həllinin yeganə yolu olan Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Normand prosesi çərçivəsində Almaniya və Fransanın səylərini yüksək qiymətləndirdiyimizi və davamlı dəstəyimizi vurğulayırıq”, - deyə bəyanatda bildirilib.
XİN rəhbərləri Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi üçün Normand Formatının dəstəklədiklərini bildiriblər.
Bizim.Media