İran Prezidenti İbrahim Rəisi ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Bizim.Media-nın məlumatına görə, iki ölkə prezidenti Vyanadakı nüvə müzakirələrindəki son durumu müzakirə edib.
Makron deyib ki, müzakirələrdə yaxşı irəliləyiş əldə olunub:
"Ümid edirik, müzakirələr tez bir zamanda nəticə verəcək".
Öz növbəsində Rəisi qeyd edib ki, Vyanada əldə olunacaq razılıq İran əleyhinə sanksiyaların ləğvi, etibarlı zəmanət və İrana qarşı siyasi iddialara son qoymağı özündə əks etdirməlidir.
Bizim.Media