Rusiya Prezidenti Vladimir Putinin Kremildəki məşhur oval masası İtaliyada hazırlanıb.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının mətbuat katibi Yelena Krılova bildirib.
Onun sözlərinə görə, sözügedə masa 1996-cı ildən Kremldədir:
“Rusiya Prezidentinin bir sıra beynəlxalq görüşlərinin keçirildiyi oval masa 30 ildən artıqdır ki, Kremldədir. İtaliya istehsalı olan masanın ölçüləri: uzunluğu 5 metr və eni 2,15 metrdir”, - deyə o bildirib.
Bizim.Media