Macarıstanda parlament seçkilərinin son hesablamalarına görə, Viktor Orbanın rəhbərlik etdiyi Fides bloku müxalifətdəki Tisza Partiyasından geri qalır.
Bizim.Media xəbər verir ki, AP-nin məlumatına görə, səslərin təxminən 60 faizi sayıldıqdan sonra Peter Macarın partiyası 52 faizdən çox, Fides isə təxminən 38 faiz səs toplayıb.
Orban da məğlubiyyəti qəbul edib.
Reuters yazır ki, ilkin mandat bölgüsünə əsasən, Tisza Partiyası 199 yerlik parlamentdə təxminən 135 mandat qazana bilər. Bu isə müxalifətə çox güclü üstünlük verir.
Beləliklə, hazırkı mənzərə Macarıstanda 16 illik Orban hakimiyyətinin sona çata biləcəyini göstərir.
Bununla belə, söhbət hələ də yekun rəsmi nəticələrdən əvvəlki son böyük hesablamalardan gedir.
Bizim.Media