Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsi gələn həftənin sonunda mümkündür.
Bizim.Media xəbər verir ki, bunu “Novosti.LIVE”-ə verdiyi açıqlamasında Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov söyləyib.
O bildirib ki, 11 apreldə 182 ukraynalının geri qaytarılmasından sonra növbəti mübadilə üçün hazırlıqlar gedir.
"Ümid edirəm ki, həftənin sonu başqa bir mübadilə baş tutacaq”,- deyə Ofis rəhbəri qeyd edib.
Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa bayramı ərəfəsində genişmiqyaslı əsir mübadiləsi aparıblar. 175 hərbçi və yeddi mülki şəxs evə qaytarılıb.
Bizim.Media