ABŞ və İran nümayəndələri arasında İslamabadda keçirilən danışıqlar qarşılıqlı etimadsızlıq şəraitində baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai Mehr agentliyinə açıqlamasında bildirib.
“Bu danışıqlar etimadsızlıq və şübhələr atmosferində aparılırdı. Təbii idi ki, elə əvvəldən bir görüşdə razılıq əldə olunacağını gözləməməli idik”, - deyə diplomat vurğulayıb.
Baqainin sözlərinə görə, tərəflər bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmaya nail ola biliblər. Lakin iki-üç əsas mövzuda Vaşinqton və Tehran arasında mövqelər üst-üstə düşməyib və yekun razılaşmanın əldə olunmamasının əsas səbəbi də məhz bu olub.
Bizim.Media