İrlandiyanın Şennon hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Irish Examiner" qəzeti məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs təyyarənin qanadının üzərinə çıxıb və “Hercules C130” təyyarəsinə zərər vurub.
Həmin şəxs saxlanılıb. Onun bunu niyə etdiyi və təyyarəyə necə yaxınlaşdığı hələ məlum deyil. Araşdırma davam edir.
Bizim.Media