ABŞ və İran arasında Pakistanda keçirilən danışıqlar Hörmüz boğazına nəzarət məsələsinə görə dalana dirənib.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat dərc edib.
Nəşrin yazdığına görə, Hörmüz boğazına nəzarət maneəyə çevrilib.
İran boğazda təsirini qorumaqda və oradan keçən gəmilərə rüsum tətbiq etməkdə israr edir.
ABŞ isə bu cür şərtlərlə razılaşmağa hazır deyildi, bu da sözügedən məsələdə danışıqlar prosesinin faktiki olaraq dayandırılmasına səbəb olub.
Bizim.Media