"İsraillə Livan arasında nəsillər boyu davam edəcək sülh müqaviləsinin imzalamasını istəyirəm".
Bizim.Media "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
B.Netanyahu televiziya ilə yayımlanan çıxışında bəyan edib ki, Livan birbaşa danışıqlara başlamaq üçün müraciət edib:
"Mən iki şərt qoymuşam. Birincisi, biz “Hizbullah”ın tərksilah edilməsini tələb edirik. İkincisi, nəsillər boyu davam edəcək əsl sülh müqaviləsi istəyirik". (Bakıvaxtı.az)
Bizim.Media