İsrail və Livan 14 aprel çərşənbə axşamı günü Vaşinqtonda səfirlik danışıqları keçirəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.
Kanalın mənbəyi bildirib ki, ABŞ həmin tarixə qədər Livanın paytaxtı Beyrutun hava hücumlarından qorunacağına zəmanət verib.
“Al Hadath” aydınlıq gətirib ki, bu danışıqlar mərhələsinin məqsədi atəşkəsi möhkəmləndirməkdir.
Tərəflər İsrail qoşunlarının geri çəkilməsi, Livanın şiə hərəkatı “Hizbullah”a məxsus silahlar, sərhəd məsələləri və məhbusların azad edilməsi məsələlərini müzakirə edəcəklər.
Bizim.Media