İsrail ordusu gün ərzində Livanın cənubuna 200-dən çox hava hücumu həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Hədəflər arasında Hizbullahın raket buraxıcılarının da olduğu iddia edilir.
Qeyd edək ki, İsrail ordusu 2 martda Livandan raket atıldığını iddia edərək bu ölkəyə qarşı müharibəyə başlayıb.
Livan Səhiyyə Nazirliyi bildirib ki, İsrail ordusunun hücumları nəticəsində ölənlərin sayı 1953 nəfərə çatıb.
Bizim.Media