İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib.
Bizim.Media xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat dərc edib.
Bildirilib ki, İran nümayəndə heyətinin müvafiq komitələrinin bir neçə üzvü danışıqların keçirildiyi məkana yola düşüb.
IRIB-in məlumatına əsasən, Tehran Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqlara başlamaq qərarını yalnız Vaşinqton tərəfinin İslam Respublikasının aktivlərinin dondurulmasının ləğvi şərtini qəbul etməsindən sonra verib.
Tehranın iki əsas tələbindən biri - aktivlərin dondurulmasının ləğvi ABŞ nümayəndə heyəti ilə razılaşdırılıb.
Digər tələb olan Livanda atəşkəs məsələsi isə hazırda müzakirə mərhələsindədir.
Bundan əlavə Beyrutda atəşkəs başlayıb, amma cənubda baş tutmayıb və bu məsələ İran nümayəndə heyəti arasında fikir ayrılığına səbəb olur.
Bizim.Media