“Ukrayna və Türkiyə olmadan Avropa hərbi güc baxımından Rusiya ilə müqayisə edilə bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın NATO-dan çıxması ehtimalını şərh edərkən deyib.
“Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç. Bunlar Avropanın bir hissəsi olan dörd güclü ölkədir. Böyük Britaniya, Ukrayna və Türkiyənin ordusu birlikdə Rusiya ordusundan daha güclüdür. Ukrayna və Türkiyə olmadan Avropa Rusiya ilə müqayisə edilə bilməz. Bu dörd ölkə ilə dənizlərə nəzarət etmək, səmanı qorumaq və ən böyük quru qüvvələrinə sahib olmaq olar”, - o bildirib.
Bizim.Media