ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar şənbə günü İslamabadda başlayacaq.
“Pakistan ABŞ və İran arasında danışıqların uğurlu keçməsi üçün bütün səylərini səfərbər edəcək” – o vurğulayıb.
Bizim.Media