İsrail Fransa Prezidenti Emmanuel Makronun Vaşinqtonda Livanla keçiriləcək danışıqlarda iştirakına icazə verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Jerusalem Post” iki mənbəyə istinadən yazıb.
Mənbələrdən biri səbəb kimi "Fransanın son bir ildəki hərəkətlərini", o cümlədən Parisin “Hizbullah”ın tərksilah edilməsinə kömək etmək istəməməsini göstərib.
Makron əvvəllər Yaxın Şərqdəki atəşkəsin Livana da şamil edilməli olduğunu bildirmişdi.
O, Parisin “Hizbullah”a qarşı durmaq üçün Livan ordusuna dəstəyi gücləndirməli olduğunu söyləyib.
Xatırladaq ki, Fransa lideri ölkələri "vassal olmamağa" çağırmış və ABŞ-la Çinə qarşı koalisiya yaratmaq istəmişdi.
Bizim.Media