ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütteyə ABŞ-a kömək etmək istəməyən alyans ölkələrini cəzalandırmaqla hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qapalı danışıqların gedişi ilə tanış olan şəxslərin sözlərinə əsasən, Tramp Ağ Evdə Rütte ilə görüş zamanı qəzəbli olub. O, İranla müharibədə kifayət qədər dəstək verməyən Avropa dövlətlərini cəzalandırmaqla hədələyib.
Lakin mənbələrin bildirdiyinə görə, Tramp konkret tədbirlər təqdim etməyib.
Daha əvvəl Politico yazmışdı ki, Trampın Rütte ilə görüşü alyansın baş katibinə ünvanlanan təhqirlərlə müşayiət olunub.
Bizim.Media