İran və ABŞ nümayəndələri arasında İslamabadda planlaşdırılan danışıqlar Vaşinqton Livandakı İsrail qüvvələrinin hərbi əməliyyatlarına son qoymaq məsələsində verdiyi vədləri yerinə yetirənə qədər başlamayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Xəbərdə İran danışıqlar qrupunun Pakistanın paytaxtına gəlməsi ilə bağlı məlumatlar təkzib edilib.
"Bu məlumatlar yalandır. İran Pakistan rəsmilərinə bildirib ki, Livanda atəşkəs əldə olunana qədər İslamabadda ABŞ tərəfi ilə sülh danışıqlarında iştirak etmək planı yoxdur", - mənbə qeyd edib.
Bizim.Media