Giant sklopendra dünyanın ən iri çoxayaqlılarından biri hesab olunur və son dərəcə təhlükəli yırtıcı kimi tanınır.
Bizim.Media xəbər verir ki, bu nəhəng canlı siçan, kərtənkələ, qurbağa ovlamaqla yanaşı, hətta yarasaları da havada tutmağı bacarır.
Məlumata görə, sklopendra son dərəcə çevik hərəkət edir və güclü zəhəri ilə qurbanını qısa müddətdə zərərsizləşdirir. Onun ov imkanları arasında xırda məməlilərdən amfibiyalara qədər müxtəlif canlılar var.
Mütəxəssislər bildirirlər ki, bu çoxayaqlının insan üçün dişləməsi həyati baxımdan əksər hallarda ölümcül sayılmasa da, olduqca ağrılı keçir. Zəhər güclü ağrı, yanma hissi və şişkinlik yaradır. (Musavat.com)
Bizim.Media