Rusiyanın neft terminallarına edilən hücumlar danışıqlar prosesinə təsir göstərir. Ukrayna növbəti danışıqlarda ruslardan çoxlu yeni şeylər eşidəcək.
Bizim.Media “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Kirill Budanov söyləyib.
"Rusiyaya hücumlar mütləq təsir göstərir. Bu, göz qabağındadır", - deyə Budanov Rusiya neft terminallarına edilən zərbələrin danışıqlar prosesinə təsir edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib.
Budanov qeyd edib ki, bu zərbələr nəticəsində Rusiyanın mövqeyinin dəyişib-dəyişməməsi mübahisəli məsələdir. "Düşünürəm ki, Rusiya ilə növbəti danışıqlarda bir çox yeni şeylər eşidəcəyik. Hər halda, bu, mövqeyimizi əhəmiyyətli dərəcədə gücləndirir və onu, necə deyərlər, zəif etmir", - deyə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri vurğulayıb.
O qeyd edib ki, Ukrayna qalib mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi etməlidir. Məqsədə çatmaq üçün istənilən vasitə haqlı və düzgündür.
Xatırladaq ki, Ukrayna və Rusiya bu il artıq bir neçə danışıqlar raundu keçiriblər. Tərəflər atəşkəs barədə razılığa gələ bilməyiblər, çünki Rusiya Donbasın təslim edilməsini istəyir, Kiyev isə bunu rədd edir.
Bizim.Media