Yanvar ayından etibarən ABŞ və Katolik Kilsəsi arasında münasibətlər kəskinləşib. Bu, Papa XIV Leonun çıxışında diplomatiya əvəzinə güc tətbiqini tənqid etdikdən sonra baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “The New Republic” nəşri yazıb.
Mənbənin məlumatına görə, onun çıxışından bir neçə gün sonra ABŞ Müdafiə Nazirliyinin nümayəndələri Pentaqonda keçirilən qapalı iclasda Vatikanı hədələyiblər. Burada Pentaqonun siyasi məsələlər üzrə rəhbərinin müavini Kolbi və Vatikanın ABŞ-dakı nümayəndəsi Pyer iştirak edib.
“Söhbət zamanı Kolbi ABŞ-ın dünyada istədiyi hər şeyi etmək üçün hərbi gücə malik olduğunu deyib və xəbərdarlıq edib ki, Katolik Kilsə ən yaxşısı onların tərəfini tutsun” – deyə nəşrin məlumatında deyilir.
Bizim.Media