London bir aydır Şimali Atlantikada Rusiya sualtı qayıqlarını izləyir.
Bizim.Media xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
Healey izah edib ki, bu sualtı qayıqlar Britaniyanın sualtı infrastrukturuna təhlükə yaradır.
"Mən silahlı qüvvələrimizi bu gəmilərin hər hansı zərərli fəaliyyətini izləmək və qarşısını almaq üçün bölgəyə göndərmişəm", - britaniyalı nazir deyib.
Sualtı qayıqlar hazırda Britaniya sularını tərk edərək şimala doğru gedir. Lakin krallığın hərbi dəniz qüvvələri sualtı qayıqları izləməyə davam edir.
Bizim.Media