İsrail İranla atəşkəsin Livana aid olmadığını bildirərək, bölgəyə hücumlarını gücləndir.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Türk yazır.
Hava zərbəsi nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb.
Hücumlar birbaşa Beyrutun cənub məhəllələrini, Livanın cənubunu və Bekaa vadisini hədəf alıb. İsrail hücumların 10 dəqiqəlik qısa müddət ərzində 100-dən çox məkanı hədəf aldığını bildirib.
Livan Səhiyyə Nazirliyi hücumlarda ən azı 254 nəfərin öldüyünü və 1165 nəfərin yaralandığını açıqlayıb. Ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var.
Hücumlar İsrail Baş Nazirinin Ofisi və ABŞ administrasiyasının açıqlamalarından sonra baş verib.
Bizim.Media