Belçikanın xarici işlər naziri Maksim Prevost Livana səfəri zamanı İsrailin Beyruta raket zərbəsi endirdiyi yerə təhlükəli dərəcədə yaxın olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nazir və onun nümayəndə heyətinin yerləşdiyi Belçika səfirliyindən bir neçə yüz metr aralıda baş verib.
"Livan prezidentinin İsrail ilə atəşkəs danışıqlarına başlamaq təklifini alqışlamağa vaxtım olmamışdı ki, İsrail münaqişənin əvvəlindən bəri ən güclü hücumlarından birini başlatdı... Nümayəndə heyətimlə birlikdə raket zərbələrinin endirildiyi yerdən bir neçə yüz metr aralıda səfirlikdə idik", - Prevost qeyd edib.

Bizim.Media