Körfəzdə müharibə, bazarda dalğalanma - Enerji təhlükəsizliyinin YENİ REALLIQLARI

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Növbəti həftəni geridə qoysaq da, Körfəzdəki müharibənin sonu hələ görünmür. Baxmayaraq ki, martın 31-də ABŞ prezidenti Donald Tramp bəyan eləmişdi ki, tezliklə hərbi əməliyyatlar başa çata bilər.
 

MÖVZU İLƏ BAĞLI:

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU


Bu xəbər bazar iştirakçılarına necə ümid vermişdisə, neft qiymətləri səhəri günü 21 dollaradək ucuzlaşmışdı. London birjasında martın 31-də neft 119,24 dollara qədər yüksələndən sonra bazarda sülh və əmin-amanlığın bərqərar olması ümidləri aprelin 1-də Brent markalı neftin ən ucuz partiyasının 98,35 dollara satılmasına gətirib çıxartmışdı. Və birdən yeni gurultu qopdu. Tramp dedi ki, bizim şərtlərimizlə razılaşmasa “İranı daş dövründəki” günə salacam. Neft yenidən qalxdı üzü 110-a. Niyə də qalxmasın?!

ABŞ bir gündə İranda iki hərbi təyyarəsni itirdi. Bundan əlavə Ağ Ev həm də başladı NATO-dan çıxmaqla Avropanı asıb-kəsməyə.

Çünki Tramp inciyib ki, Avropa ona İran müharibəsində dəstək olmur. Sonra da vurğulayıb ki, Hörmüzü açmaq “mənim işim deyil, ordan kim neft-qaz alırsa, onlar da gedib açsınlar”.

Necə deyərlər, Avropa başa düşür ki, bu İran məsələsi müharibə ilə yekunlaşana oxşamır, ona görə də enerji komissarı çağırış edir ki, bütün növ enerjidən qənaətlə istifadə edin. Belə bir çağırış ilk dəfə 2022-ci ilin martında Rusiyanın Ukraynaya hərbi təcavüzü zamanı enerji daşıyıcılarının qiymətlərinin kəskin artımı zamanı baş vermişdi.

Onu deyim ki, hazırda Avropada avtomobil yanacaq qiymətləri ilə yanaşı elektrik və qazın qiyməti də yüksəlir. Artım isə təkcə Avropa və Amerikada da müşahidə edilmir, yanacaq qiymətlərinin ən yüksək artımı Cənub-Şərqi Asiya ölkələrində baş verir. Bu həftə hətta onu da müşahidə etdik ki, aprelin 1-dən Dubayda belə yanacaq qiymətləri ortalama 30% artdı.       

TDT-nın enerjisi

Yaxın və uzaq ölkələrdən Azərbaycana yönələn diqqət dünyada baş verən geosiyasi və geoiqtisadi gərginlik şəraitində getdikcə artır. Bəli, burada bir tərəfdən yerləşdiyimiz coğrafi məkanın rolu danılmazdır, amma digər tərəfdən son illər yürütdüyümüz incə siyasət də öz sözünü deyir. 
 

Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşü keçirilib. Görüş iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qəbul edib. Dövlət başçımız xüsusi ilə vurğulayıb ki, bizim xarici siyasətimizdə TDT prioritet məsələlərdən biridir.


“Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir”, deyə Prezident İlham Əliyev bildirib.

Elə bu görüşdə də məlum olub ki, cari il mayın 15-də Qazaxıstanın Türküstan şəhərində TDT üzv ölkələrinin Zirvə Toplantısı keçiriləcək. Demək Bakı görüşü dəyişən dünyada türk dövlətlərinin birgə atacaqları addımların müzakirəsi öncə məsləhətləşmə xarakteri daşıyıb.  

Elə bu yerdə qayıtmaq istərdim hökumət başçılarının Bakı görüşünə, hansında ki, enerji və nəqletmə məsələləri də diqqətdə olub. Azərbaycanın Baş naziri Əli Əsədov çıxışında qeyd edib ki, ötən il Azərbaycanın Türk Dövləti Təşkilatı üzv ölkələrlə ticarət dövriyyəsi 5 faizdən çox artaraq 7,3 milyard dollara çatıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard dollar təşkil edib. 

Baş nazir Orta Dəhlizin Avrasiyanın ən perspektivli və təhlükəsiz bağlantı xətti olduğunu vurğulayaraq bildirib ki, 2025-ci ildə bu marşrut üzrə tranzit daşımaların 11%-ə yaxın artaraq 5 milyon tona çatıb. Eyni zamanda, bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi istismara veriləndən sonra bu, təkcə daşımaların həcminin artımına deyil, həmçinin türk dövlətləri arasında ticari əlaqələrin artmasına da təsir edəcək. 

Baş nazir Əli Əsdəov enerji sahəsində əməkdaşlığın da təşkilatın gündəliyində olan mühüm istiqamət kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan uzun illərdir ki, digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır. Bu baxımdan ənənəvi enerji resursları sahəsində qazanılan beynəlxalq təcrübə və formalaşdırılan infrastruktur bu gün yeni əməkdaşlıq imkanları yaradır.
 

Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb. Bununla da Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşıb. Lakin bizim enerji siyasətimiz yalnız karbohidrogen resursları ilə məhdudlaşmır, deyə Əli Əsədov bildirib və əlavə edib ki, Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edərək bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir.


Bu yöndə Azərbaycanın, eyni zamanda Özbəkistan və Qazaxıstanın bərpaolunan enerji potensialından faydalanmaqla regionlararası əlaqələrin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Baş nazir rəsmi Bakının  Qırğızıstanın əvvəllər əldə edilmiş razılaşmalar əsasında 3 türk dövlətinin Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışladığını da diqqətə çatdırıb.

Xəzərin o tayına diqqət

Amma dünyada baş verən təlatümlü hadisələrin fonunda düşünürəm ki, Xəzərin o tayı ilə bu tayının yalnız sualtı yüksək gərginlikli kabellə birləşdirilməsi ilə məhdudlaşmayacaq. Bunun səbəbini isə son 1 ayda baş verən ilk baxışdan adi xəbər kimi gündəmdə olan hadisələrin bir biri ilə əlaqələndirdikdə ortaya çıxan məsələlərlə izah etmək mümkündür.  Keçək əsas məsələyə. 

Aprelin 2-də Astanada keçirilən "Geoscience & Exploration Central Asia" Beynəlxalq Geoloji Forumu çərçivəsində Qazaxıstanın Milli Şirkəti “KazMunayGas” və Böyük Britaniyanın “BP Exploration Operating Company Limited arasında Qazaxıstanın Manqistau bölgəsindəki perspektivli “Üstyurt” blokunun kəşfiyyatı və işlənməsi üzrə Əməkdaşlıq haqda Memorandum imzalayıblar. Bununla da bp şirkəti Xəzərin o tayına olan marağını qeyd edib.

İki “Üstyurt”a olan maraq

Onu əlavə etmək istərdim ki, sözügedən “Üstyurt” bloku böyük bir geoloji rayondur. Onun sərhədləri Qazaxıstanın dövlət sərhədi ilə məhdudlaşmır, cənub-şərqə doğru Özbəkistana qədər uzanır. Orda da onu “Üstyurt” geoloji rayonu adlandırırlar. Və məhz orada yerləşən 6 blokda 2025-ci il 24 iyul tariixndə Azərbaycan və Özbəkistanın dövlət şirkətləri - SOCAR və "Özbəkneftqaz" geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini imzalayıblar.

Özü də bu layihədə SOCAR operator qismində çıxış edir. Ötən il dekabrın əvvəlində SOCAR-ın işirakı ilə Daşkənddə bu layihənin icrası ilə məşğul olacaq "Ustyurt Operating Company" birgə şirkətinin ofisi açılıb və hazırda müqavilə sahəsində seysmik işlərin başlanması üçün işlər gedir.

Azərbaycanın əsas enerji tərəfdaşı isə görürük ki, həmin geoloji rayonun şimal hissəsində kəşfiyyat işlərinə baş vurmaq üçün artıq ilk addımlarını atır. Amma elə bilməyin ki, bp bizdən aralıda nəsə plan qurur. Fikrimcə elə deyil. bp-nin planları daha masştablıdır. Bu məsələni incələmək üçün bir qədər geriyə qayıtmaq istərdim.

bp-nin masştablı planları

Cari il martın 2-də Azərbaycan Dövlət Neft Şirkəti və bp şirkəti arasında üçüncü ölkələrdə müxtəlif layihələrdə birgə iştirak imkanları nəzərdən keçirilib. Bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin bp Group şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşündə aparılıb.

Bu görüşdən düz 4 gün sonra isə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib ki, Britaniya şirkəti SOCAR ilə Özbəkistanın “Üstyurt” kəşfiyyat layihəsində birgə fəaliyyət imkanları izrə danışıqlar aparır. "Biz SOCAR-la birgə Özbəkistanın Üstyurt regionunda birgə fəaliyyət barədə müzakirələr aparırıq. Əgər tərəfləri qane edəcək razılaşma əldə olunsa, bu, bizə həmin layihə çərçivəsində uğurlu nəticə əldə etmək üçün SOCAR-la bacarıq və biliklərimizi birləşdirməyə imkan verəcək", -deyə bp-nin regional rəhbəri bildirib.

Göründüyü kimi, cəmi 1 aya Bakıdakı məsləhətləşmələrdən sonra bp Xəzərin o tayında ciddi bir addım atır.

Amerikada Xəzərin enerjisi haqda deyilənlər

Qeyd edim ki, bundan bir qədər öncə, martın sonlarında “bp-Azerbaijan” şirkətinin rəhbəri Covanni Kristofoli artıq ABŞ-nin Hyuston şəhərində keçirilən mötəbər "CERAWeek 2026" enerji konfransında bilirsiniz hansı məsələlərə toxunmuşdu? O, bp şirkətinin Azərbaycandakı hazırkı kapital qoyuluşlarının gələcək onilliklər boyu Avropanın fasiləsiz qaz təchizatını təmin etməyə yönəldiyini bəyan edib və əlavə edib ki, Avropanın etibarlı, çevik və bazar konyunkturasının dəyişkənliyindən asılı olmayan davamlı enerji resurslarına ehtiyacı var.
 

Xəzər regionu bu kontekstdə xüsusi yer tutur. Məhz buna görə Cənub Qaz Dəhlizi alternativ tədarük marşrutlarının kombinasiyası kimi çox əhəmiyyətlidir. Onun sözlərinə görə, bizim cari kapital qoyuluşlarımız - yeni qaz quyularının  qazılmasından və "Şahdəniz" yatağında kompressor avadanlıqlarının irimiqyaslı modernləşdirilməsindən tutmuş "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda təbii  qazın işlənilməsinə qədər olan layihələr gələcək onilliklər ərzində bu tədarükləri təmin etməyə yönəlib.


"Mən bp-nin, eləcə də Xəzər regionunun formalaşmış bir enerji mərkəzi kimi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və onun aşağı karbonlu gələcəyə doğru oynadığı rolla xüsusilə fəxr edirəm", deyə bp-nin regional rəhbəri fikrini yekunlaşdırıb.

Yaxın gələcəyə baxış

Bu deyilənlər yaxın beşillikdə reallaşarsa, bilirsiniz Xəzər hövzəsində necə böyük dəyişikliklərə gətirib çıxara bilər? Həmin müsbət dəyişikliklərin mərkəzində yenə Azərbaycan duracaq. Özünün yeni imkanları ilə. Bu deyilənləri təhlil etdikdə o qənaətə gəlirəm ki, bp şirkət artıq Xəzərə və Xəzərin o tayına vahid geoloji və kommersiya klasteri kimi baxır.

Qeyd edim ki, hadisələrin bu cür sürətli inkişafına qlobal kontekstdən kənarda baxmaq olmaz. Hörmüz boğazında və Fars körfəzində gərginliyin son dərəcə artması ənənəvi enerji təchizatı marşrutlarının etibarlılığı məsələsini bir daha ortaya qoyur. Hadisələrin gedişatı isə onu göstərir ki, İran müharibəsi bir müddət sonra başa çatsa da, Körfəzdə və onun ətrafında bərqərar olacaq vəziyyət artıq əvvəlki kimi olmayacaq. O cümlədən də enerji bazarlaşmasında. Bu baxımdan da Avropa üçün sürətləndirilmiş şəkildə həyata keçiriləcək şaxələndirmə olduqca vacibdir.

Avropa qurumları əvvəllər Cənub Qaz Dəhlizinin genişləndirilməsinin maliyyələşdirilməsinə ehtiyatla yanaşsalar da, hazırkı eskalasiya dönüş nöqtəsi ola bilər. Uzun müddətdən sonra ilk dəfə olaraq, əlavə qaz mənbələri yaranacağı təqdirdə, Avropanın təkcə siyasi dəstək verməklə yanaşı, həm də dəhlizin tutumunun artırılmasına maliyyə yardımı etmək istəməsi üçün real ehtimal var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdam-Xankəndi dəmir yolunda işlərin başa çatmasına AZ QALDI

Ağdam-Xankəndi dəmir yolunda işlərin başa çatmasına AZ QALDI

Muzeylərin fəaliyyətinə nəzarət nazirlikdən alındı

Muzeylərin fəaliyyətinə nəzarət nazirlikdən alındı

Dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlandı – FOTO

Dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlandı – FOTO

Düyü ucuzlaşacaq – BU TARİXDƏN

Düyü ucuzlaşacaq – BU TARİXDƏN

“Kolambus Kryu”nun baş məşqçisi: “Nəriman çox istedadlı oyunçudur”

“Kolambus Kryu”nun baş məşqçisi: “Nəriman çox istedadlı oyunçudur”

Rubiodan Avropanı qorxuya salan XƏBƏRDARLIQ – VİDEO

Rubiodan Avropanı qorxuya salan XƏBƏRDARLIQ – VİDEO

SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

Rusiya Odessaya zərbə endirdi: Ölənlər və geniş dağıntılar var – VİDEO

Rusiya Odessaya zərbə endirdi: Ölənlər və geniş dağıntılar var – VİDEO

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

Ötən həftədə təmizlənən minaların SAYI...

Ötən həftədə təmizlənən minaların SAYI...

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

End of content

No more pages to load

RADİO