ABŞ və İran arasında 45 günlük atəşkəs olacaq? - MÜZAKİRƏ APARILIR

ABŞ və İran 45 günlük atəşkəs imkanlarını müzakirə edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Axios” portalı mənbələrə istinadla yayıb.

Məlumata görə, ABŞ, İran və bir qrup regional vasitəçi münaqişəyə son qoya biləcək mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edir.

Mənbələr “növbəti 48 saat ərzində razılığa gəlmək ehtimalının az olduğunu” bildirsələr də, bunun İranın mülki infrastrukturuna kütləvi zərbələr və Körfəz ölkələrində enerji və su obyektlərinə cavab hücumları ilə müşayiət oluna biləcək ciddi eskalasiyanın qarşısını almaq üçün vacib addım ola biləcəyini qeyd edirlər.

Portalın məlumatına görə, Pakistan, Misir və Türkiyədən olan vasitəçilər tərəflərin etimad yaradan addımlar atacağına ümid edirlər. Onlar, həmçinin Tehranın Hörmüz boğazını açması və nüvə proqramı ilə bağlı müəyyən addımlar atmasını gözləyirlər.

“Axios” yazır ki, vasitəçilər, eyni zamanda Donald Tramp administrasiyasının atəşkəsin davamlı olacağına və münaqişənin yenidən başlamayacağına dair hansı təminatları verə biləcəyini də müzakirə edirlər.

Daha əvvəl Donald Tramp “Axios”a müsahibəsində aprelin 7-dək İranla razılaşma əldə etmək şansının yüksək olduğunu bildirmişdi. O, həmçinin “Truth” sosial platformasında İranın aprelin 6-dək Hörmüz boğazını açmayacağı təqdirdə, enerji və mülki infrastruktur obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol kənarı ilə gedirdi, maşın vurub öldürdü

Yol kənarı ilə gedirdi, maşın vurub öldürdü

Siyəzən-Məşrif avtomobil yolunda körpü uçdu

Siyəzən-Məşrif avtomobil yolunda körpü uçdu

Brent neftinin qiyməti 110 dolları ötdü

Brent neftinin qiyməti 110 dolları ötdü

Bakıda taksilər qiyməti kəskin qaldırdı

Bakıda taksilər qiyməti kəskin qaldırdı

Bu yollar bağlanacaq - TARİX

Bu yollar bağlanacaq - TARİX

Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

İlham Əliyev Gürcüstanda səfərdədir

İlham Əliyev Gürcüstanda səfərdədir

Məktəbdə dava: Xadimə direktora hücum etdi

Məktəbdə dava: Xadimə direktora hücum etdi

İran İsraili atəşə TUTDU: Yaralananlar var - VİDEO

İran İsraili atəşə TUTDU: Yaralananlar var - VİDEO

İntensiv yağış nə vaxtadək DAVAM EDƏCƏK?

İntensiv yağış nə vaxtadək DAVAM EDƏCƏK?

Qızıl yenə bahalaşdı, gümüş isə ...

Qızıl yenə bahalaşdı, gümüş isə ...

İran Trampın müharibədəki bütün "qələbələrini" saydı - FOTO

İran Trampın müharibədəki bütün "qələbələrini" saydı - FOTO

Moskva Londonu qisasla hədələdi: “Bədəli çox ağır olacaq”

Moskva Londonu qisasla hədələdi: “Bədəli çox ağır olacaq”

İranın yeni ali liderinin görüntüləri yayıldı - VİDEO

İranın yeni ali liderinin görüntüləri yayıldı - VİDEO

Tehrana zərbə endirildi - 13 ölü var - VİDEO

Tehrana zərbə endirildi - 13 ölü var - VİDEO

MN: "Partlayış olacaq, təşvişə düşməyin" - FOTO

MN: "Partlayış olacaq, təşvişə düşməyin" - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü

Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü

Su çiçəyi yenidən yayılır – Pediatrdan xəbərdarlıq

Su çiçəyi yenidən yayılır – Pediatrdan xəbərdarlıq

Dünya Bankı qaz sızmalarına görə SOCAR-a 15 milyon dollar ayıracaq

Dünya Bankı qaz sızmalarına görə SOCAR-a 15 milyon dollar ayıracaq

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Qrız kəndində qarın hündürlüyü 34 sm-ə çatdı - FOTO

Qrız kəndində qarın hündürlüyü 34 sm-ə çatdı - FOTO

Bakıda ağac aşdı - Yol bağlandı

Bakıda ağac aşdı - Yol bağlandı

"Qarabağ" "Karvan-Yevlax"ı sınağa ÇƏKƏCƏK

"Qarabağ" "Karvan-Yevlax"ı sınağa ÇƏKƏCƏK

End of content

No more pages to load

RADİO