Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə Ukrayna və Suriyadan olan həmkarları - Andrey Sibiqa və Əsəd Şeybani ilə görüş keçirib.
Bizim.Media bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Görüşün detalları açıqlanmayıb.
Qeyd edək ki, H. Fidan daha əvvəl Suriyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin bu ölkənin rəhbəri Əhməd Əl Şaraa ilə keçirdiyi görüşdə də iştirak edib.
Bizim.Media