Pompeydə aparılan arxeoloji qazıntılar zamanı qədim sakinlərin ayinlərdə elemi adlı nadir qətrandan istifadə etdiyi üzə çıxıb. Alimlər bildirirlər ki, bu maddə daha əvvəl əsasən Misir mumiyalarının hazırlanması ilə əlaqələndirilirdi.
Bizim.Media xəbər verir ki, tapıntı Pompeyin uzaq regionlarla geniş ticarət əlaqələrinə malik olduğunu göstərir.
Çünki elemi, ladanla eyni bitki ailəsinə aid ağaclardan alınsa da, bu ağaclar Aralıq dənizi bölgəsində yox, əsasən tropik Afrika və ya Cənub-Şərqi Asiyada yayılıb.


Bizim.Media