Çin şirkətləri ABŞ ordusunun Yaxın Şərqdə hərəkətlərini izləyirmiş - DETALLAR

Çinin bir sıra özəl texnologiya şirkətləri açıq mənbələrdən toplanan məlumatları süni intellekt vasitəsilə emal edərək ABŞ ordusunun Yaxın Şərqdəki fəaliyyətinə dair detallı məlumatlar yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Washington Post yazıb.

Mənbə qeyd edir ki, bu şirkətlər peyk görüntüləri, təyyarə izləmə məlumatları və dəniz nəqliyyatı bazaları əsasında ABŞ qüvvələrinin hərəkətlərini izləyib və bunu “ifşaedici kəşfiyyat” kimi təqdim ediblər.
 

Nəşrin məlumatına görə, söhbət, o cümlədən, USS Gerald R. Ford və USS Abraham Lincoln aviadaşıyıcı qruplarının yerdəyişməsinin izlənməsindən, onların marşrut və yanacaq təchizatı sxemlərinin təhlilindən, həmçinin ABŞ aviasiyasının İsrail, Səudiyyə Ərəbistanı və Qətərdəki bazalarda cəmlənməsinin araşdırılmasından gedir.


Məqalədə qeyd olunur ki, bəzi Çin firmaları ABŞ raketləri, gəmiləri və aviasiyasının hərəkətini demək olar ki, real vaxtda izləyə bildiklərini iddia edir.

WP yazır ki, bu şirkətlərin bir hissəsinin Çin Xalq Azadlıq Ordusu ilə birbaşa və ya sertifikasiya, əməkdaşlıq və “mülki-hərbi inteqrasiya” proqramları vasitəsilə əlaqələri var.

Analitiklərin fikrincə, Pekin rəsmi olaraq münaqişədən məsafə saxladığını bildirsə də, bu tip kommersiya xidmətləri Çinin daha geniş müdafiə və texnoloji strategiyasına uyğun gəlir.

Amerika tərəfi isə bildirir ki, bu məlumatların böyük hissəsi onsuz da açıq mənbələrdən götürülür.

Lakin Vaşinqtonda narahatlıq ondan ibarətdir ki, süni intellekt belə məlumatların toplanmasını, emalını və hərbi nəticə çıxarılmasını xeyli sürətləndirir və dəqiqləşdirir.
 

Bu da ABŞ-nin hərbi aktivliyini gizlətməyi daha çətin edir. WP-nin yazdığına görə, ABŞ rəsmiləri və qanunvericilər kommersiya texnologiyalarının Amerika hərbçilərini izləmək üçün “silahlaşdırılması” riskindən açıq danışırlar.


Bu mövzu ətrafında daha əvvəl də diqqətçəkən siqnallar olmuşdu.

South China Morning Post hələ fevralda yazmışdı ki, Çin şirkəti MizarVision ABŞ hərbi qüvvələrinin İran yaxınlığındakı hərəkətləri barədə müntəzəm izləmə paylaşımları edib və bunu Çinin kommersiya kəşfiyyat imkanlarının nümayişi kimi dəyərləndirən ekspertlər var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocalı qatili Sarkisyandan Köçəryanla bağlı AÇIQLAMA

Xocalı qatili Sarkisyandan Köçəryanla bağlı AÇIQLAMA

Paşinyan: Ermənistan artıq “əzabkeş xalq” kimi yaşamaq istəmir

Paşinyan: Ermənistan artıq “əzabkeş xalq” kimi yaşamaq istəmir

"Mançester Siti" "Liverpul"u darmadağın etdi - VİDEO

"Mançester Siti" "Liverpul"u darmadağın etdi - VİDEO

Yetirmələrinin satışından ən çox pul qazanan KLUBLAR

Yetirmələrinin satışından ən çox pul qazanan KLUBLAR

“Real” bu futbolçu ilə bağlı qərar verdi

“Real” bu futbolçu ilə bağlı qərar verdi

“Fənərbağça”nın futbolçusu sərbəst buraxıldı

“Fənərbağça”nın futbolçusu sərbəst buraxıldı

Pompeydə Misir mumiyaları ilə bağlı nadir maddə aşkarlandı - FOTO

Pompeydə Misir mumiyaları ilə bağlı nadir maddə aşkarlandı - FOTO

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

ABŞ helikopterinə tapança ilə atəş açdılar - VİDEO

ABŞ helikopterinə tapança ilə atəş açdılar - VİDEO

Spirtli içki qəbul edən insanları ağcaqanadlar daha çox sancır

Spirtli içki qəbul edən insanları ağcaqanadlar daha çox sancır

Yaponiyada maral polisə belə “təslim oldu” - ANBAAN VİDEO

Yaponiyada maral polisə belə “təslim oldu” - ANBAAN VİDEO

Çin şirkətləri ABŞ ordusunun Yaxın Şərqdə hərəkətlərini izləyirmiş - DETALLAR

Çin şirkətləri ABŞ ordusunun Yaxın Şərqdə hərəkətlərini izləyirmiş - DETALLAR

9 yaşlı qız 82 kilo qaldırdı - Bu, öz çəkisindən üç dəfə çoxdur - VİDEO

9 yaşlı qız 82 kilo qaldırdı - Bu, öz çəkisindən üç dəfə çoxdur - VİDEO

"Qalatasaray" "Trabzonspor"a məğlub oldu - VİDEO

"Qalatasaray" "Trabzonspor"a məğlub oldu - VİDEO

Safurə həyat yoldaşı ilə VİDEO paylaşdı

Safurə həyat yoldaşı ilə VİDEO paylaşdı

Kişi qonşusundan qisas almaq üçün bu üsula əl atdı - FOTO

Kişi qonşusundan qisas almaq üçün bu üsula əl atdı - FOTO

Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO

Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO

Kiyevin Borşaqovka rayonunda partlayışlar: Yanğın başladı - VİDEO

Kiyevin Borşaqovka rayonunda partlayışlar: Yanğın başladı - VİDEO

300-ə yaxın PUA Rusiyaya zərbə endirmək üçün uçur - FOTO

300-ə yaxın PUA Rusiyaya zərbə endirmək üçün uçur - FOTO

Xudayar şəhid olduğu yerə son nəfəsində bu sözləri yazıbmış - VİDEO

Xudayar şəhid olduğu yerə son nəfəsində bu sözləri yazıbmış - VİDEO

Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir

Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir

Ohayoda uşaq “əvvəlki həyatını” xatırladığını deyib - FOTO

Ohayoda uşaq “əvvəlki həyatını” xatırladığını deyib - FOTO

Orban Aİ-dən Rusiya enerjisinə qarşı sanksiyaların dərhal ləğvini tələb etdi -VİDEO

Orban Aİ-dən Rusiya enerjisinə qarşı sanksiyaların dərhal ləğvini tələb etdi -VİDEO

Şeron Stoun Hollivudda ən yaxşı öpüşən aktyorun adını açıqladı

Şeron Stoun Hollivudda ən yaxşı öpüşən aktyorun adını açıqladı

End of content

No more pages to load

RADİO