Rusiya Buşehr Atom Elektrik Stansiyası yaxınlığına endirilən zərbədən sonra oradakı əməkdaşlarının növbəti böyük qrupunu İrandan çıxarmağa başlayıb.
Bizim.Media xəbər verir ki, Rosatom-un rəhbəri Aleksey Lixaçevin sözlərinə görə, zərbədən təxminən 20 dəqiqə sonra 198 nəfərin olduğu avtobuslar stansiyadan çıxaraq İran-Ermənistan sərhədi istiqamətində yola düşüb.
Bu barədə Reuters və Interfax məlumat yayıb.
Lixaçev bildirib ki, təxliyə olunanların İrandan keçərək 2,5–3 gün ərzində təhlükəsiz şəkildə Ermənistana çatması planlaşdırılır.
Daha sonra onların İrəvan hava limanından Rusiyaya yola salınacağı gözlənilir.
Reuters-in məlumatına görə, Buşehr AES yaxınlığındakı insident zamanı stansiyanın fiziki mühafizə xidmətinin iranlı əməkdaşı qəlpə nəticəsində həlak olub, yardımçı binalardan biri isə zədələnib.
Rosatom da bölgədə vəziyyətin “ən pis ssenariyə” yaxınlaşdığını bildirib.
Bizim.Media