Rusiya ordusu aprelin 4-də səhər saatlarında Nikopol şəhərindəki bazara PUA ilə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Baş Prokurorluğu yayıb.
Hücum nəticəsində 5 nəfər həlak olub, azı 21 nəfər yaralanıb. Yaralılar arasında 14 yaşlı qızın da olduğu bildirilir.
Məlumata görə, daha sonra eyni mülki obyektə təkrar hücum nəticəsində əlavə yaralananlar da olub.


Bizim.Media