Bu gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə brifinq keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, mövzu ilə bağlı məlumatın veriləcəyini deyib.
“Putin bu gün Novo-Oqaryovoda işləyir. Günortadan sonra prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirməyi planlaşdırır. Görüş videokonfrans şəklində keçiriləcək. Ənənəvi olaraq, prezident bu brifinqin mövzusunu müəyyən edəcək və biz sizə həmişəki kimi məlumat verəcəyik”, - Kremlin sözçüsü bildirib.
Bizim.Media