ABŞ-ın müharibə naziri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah Rəisindən əlavə daha iki generalı da vəzifəsindən azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə “CNN“ anonim ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, onlar ABŞ Ordusunun Şəxsi Heyətlə İş üzrə rəisi general-mayor Uilyam Qrin və ordunun Təlim və Transformasiya üzrə komandanı general Devid Hodne olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefa verdiyi bildirilib.
“CNN” Corcun istefa qərarının Heqsetin göstərişi ilə verildiyini bildirib.
Bizim.Media