İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus qırıcının vurulduğunu açıqlayıb.
Bizim.media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı ölkənin mərkəzi bölgələri üzərində vurularaq qəzaya uğrayıb.
Qeyd olunub ki, bu, SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib.
İran hərbçiləri ekipaj üzvlərinin katapult etmə ehtimalının aşağı olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl martın 19-da ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi İran atəşi nəticəsində zədələnib və Yaxın Şərqdə təcili eniş edib.
Pentaqon təyyarənin təcili eniş etməsi faktını təsdiqləsə də, F-35-in İran tərəfindən vurulması ilə bağlı heç bir açıqlama verməyib.




Bizim.Media