“ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffdan əvvəl olduğu kimi birbaşa mesajlar alıram, lakin bu, danışıqlar apardığımız anlamına gəlmir”.
Bizim.Media xəbər verir ki, bunu İran XİN başçısı Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Bu, danışıqlar deyil, sadəcə birbaşa və ya regiondakı dostlarımız vasitəsilə mesaj mübadiləsidir”, - deyə Əraqçi deyib.
O qeyd edib ki, İran hələlik münaqişənin nizamlanması üzrə 15 maddəlik plana dair ABŞ-a rəsmi cavab göndərməyib və qarşı şərtlər irəli sürməyib.
Bizim.Media