İsrailin Hərbi Hava Qüvvələri İran paytaxtına yeni hücum dalğası başladıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Bəyanatda hücumların Tehrandakı düşmən obyektlərini hədəf aldığı qeyd olunub.
Bu fonda İrandan elektrik kəsintiləri barədə məlumatlar yayılır.
"Fars" xəbər agentliyinin məlumatına görə, Tehran yaxınlığında yerləşən Kərəc şəhərində, eləcə də İran paytaxtının bir neçə rayonunda elektrik kəsintiləri qeydə alınıb.
Bizim.Media