ABŞ-da prezident Donald Trampın helikopteri naməlum pilotsuz uçuş aparatı ilə təhlükəli yaxınlaşma yaşayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fox News telekanalı yayıb.
Məlumata görə, PUA dövlət başçısının olduğu helikopterə son dərəcə yaxın məsafədən keçib və mümkün toqquşma riski yaranıb.
Hadisə dərhal təhlükəsizlik sistemlərini hərəkətə gətirib və vəziyyət “potensial hücum” kimi qiymətləndirilib.
İnsidentdən sonra hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb, eniş və qalxışlara qadağa tətbiq olunub.
Əraziyə əlavə helikopterlər göndərilərək naməlum dronun mənbəyi və məqsədi araşdırılmağa başlanıb.
Bizim.Media