Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiyada ukraynalılara və Kremlin kursu ilə razılaşmayan hər kəsə qarşı illərlə formalaşdırılan nifrət, cəmiyyətin, xüsusilə də uşaqların və yeniyetmələrin hərbiləşdirilməsi ölkə üçün təhlükəli nəticələr doğurur.

Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph yazıb.

Mənbə qeyd edir ki, Rusiya cəmiyyəti məişət zəminində və ideoloji çalarlı genişmiqyaslı zorakılıq dalğasının astanasındadır.

Nəşr bildirir ki, son illərdə məktəblərdə şagirdlərin sinif yoldaşlarına və müəllimlərə qarşı amansız hücumları artıb.
 

Bu hücumlarda bıçaq, çəkic, yandırıcı qarışıqlar, bəzən isə odlu silahdan istifadə olunub. Qeyd olunur ki, hücum edənlərin bir qismi siyasi baxışlarını, əsasən də ultrasağ və nasist meyllərini açıq nümayiş etdirib.


Məsələnin miqyası o həddə çatıb ki, buna Rusiya Prezidenti Vladimir Putin də Daxili İşlər Nazirliyinin kollegiya iclasında diqqət çəkib.

The Moscow Times nəşrinin hesablamalarına görə, 2000-ci ildən bəri Rusiya məktəblərində belə 117 zorakılıq hadisəsi baş verib.

Bu rəqəmin yarısı isə son beş ilin payına düşür.
 

Məqalədə qeyd edilir ki, zorakılıq dalğasının ideoloji köklərinə dolayısı ilə işarə edən məqamlardan biri də müəllimlərə potensial təhlükəli şagirdləri müəyyənləşdirmək üçün verilən təlimatlardır.


Şübhə meyarlarından biri yeniyetmənin tarix və ictimaiyyətşünaslığa maraq göstərməsi sayılır.

Rusiya rəsmiləri isə zorakılığın səbəblərini fərqli izah edirlər.

Məsələn, Dövlət Dumasının sədri Vyaçeslav Volodin hesab edir ki, svastika simvollu geyimlərdə olan yeniyetmələr həmyaşıdlarını video oyunlar və LGBT səbəbindən öldürürlər.

Oxşar fikirləri digər rəsmilər də səsləndiriblər.

Lakin The Telegraph-a danışan müstəqil ekspertlər əsas səbəb kimi, xüsusilə Ukraynaya qarşı genişmiqyaslı müharibədən sonra məktəblərin hərbiləşdirilməsini göstəriblər.
 

Polşadakı Piletski İnstitutunun totalitarizm araşdırmaları üzrə professoru, “Nəsil Z” kitabının müəllifi Yan Qarner bildirib ki, Rusiyada gənclər arasında faşizmi doğuran əsas səbəblərdən biri məktəblərdə hökm sürən xüsusilə zorakı mühitdir.


Onun sözlərinə görə, yeniyetmələr müharibə haqqında öyrənir, veteranların Ukrayna cəbhəsində baş vermiş qətllər və zorakılıq barədə hekayələrini eşidirlər.

Qarner hesab edir ki, bir çoxları Rusiyada insanların müharibədən uzaq olduğunu düşünsə də, əslində müharibə onların evinə qayıdır.
 

Ekspertlər qeyd edirlər ki, yeniyetmələrin şəxsi düşmən və ya sosial baxımdan “başqa” hesab etdikləri insanlara qarşı törətdikləri “reflektiv zorakılıq aktları” dövlətin xarici təhlükə ilə bağlı narrativləri ilə üst-üstə düşür və bu, hərbi təbliğatın uşaqların və yeniyetmələrin şüuraltısına hopduğunu göstərir.


Məqalədə xatırladılır ki, Kremlin Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra SSRİ-nin Əfqanıstan müharibəsindən sonrakı taleyinə bənzər ictimai narazılıq dalğası ilə üzləşməkdən ehtiyatlanaraq internet üzərində nəzarəti gücləndirdiyi də bildirilir.

Rusiya hakimiyyəti bu addımları təhlükəsizliklə izah etsə də, paralel şəkildə xüsusi xidmət orqanlarının səlahiyyətlərini genişləndirən və repressiv nəzarəti artıran qanunlar qəbul edilir.

Ekspertlər və diplomatlar hesab edirlər ki, bu, mümkün etirazlara hazırlıq məqsədi daşıyan daha geniş strategiyanın tərkib hissəsidir.

Məqsəd Çin və İran təcrübəsindən yararlanaraq əhali üzərində nəzarəti möhkəmləndirmək və müharibənin gedişindən asılı olmayaraq rejimin sabitliyini qorumaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

End of content

No more pages to load

RADİO