Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə "Washington Post" qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Planlara xüsusi təyinatlı qüvvələrin və adi piyadaların basqınları daxil ola bilər. Belə ki, Prezident Donald Trampın bu planlardan hər hansı birini təsdiqləyib-təsdiqləməyəcəyi hələlik məlum deyil.
Tramp administrasiyası İrandakı müharibənin beşinci həftəsinə qədəm qoyduğu bir vaxtda ABŞ dəniz piyadalarını Yaxın Şərqə göndərib və həmçinin ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgəri bölgəyə göndərməyi planlaşdırır.
The Wall Street Journal qəzeti isə yazıb ki, ABŞ yaxın vaxtlarda İran sərhədləri yaxınlığında 17 mindən çox hərbçi yerləşdirə bilər.
Qəzetin məlumatına görə, Pentaqon artıq bölgəyə göndərilmiş 5 min dəniz piyadası və 2 min desantçıya əlavə olaraq daha 10 min hərbçinin yerləşdirilməsi imkanını nəzərdən keçirir.
Nəşr qeyd edir ki, bu qüvvə tammiqyaslı işğal üçün kifayət etmir. Bununla belə, həmin hərbi kontingent bir adanı və ya materikdə strateji əhəmiyyət daşıyan əraziləri ələ keçirmək imkanına malik ola bilər.

Bizim.Media